Avropa olimpiya təsnifatında mübarizəyə ilk olaraq qadın boksçularımız çıxır

Bu gün Türkiyənin Samsun şəhərində Avropa olimpiya təsnifat turnirinə start veriləcək. Allsport.az saytı xəbər verir ki, püşk nəticəsində Azərbaycan təmsilçilərinin də ilk rəqibləri müəyyənləşib. Döyüşlərə bu gün Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. İlk yarış günündə 2 qadın boksçumuz – Anaxanım Ağayeva və Yana Alekseyevna rinqə çıxacaqlar.

9 aprel: 1/16 final. 51 kq. Anaxanım Ağayeva – Yuliya Koroli (Moldova); 60 kq. Yana Alekseyevna – Çantell Kameron (Böyük Britaniya)
10 aprel: 1/16 final. 75 kq. Kamran Şahsuvarlı – Kristian Mbilli Assomo (Fransa)
11 aprel: 1/8 final. 64 kq.Lorenso Sotomayor – Erik Aqatelyan (Cexiya) / Den Volş (İrlandiya); +91 kq. Məhəmmədrəsul Məcidov – Simen Nisater (Norveç) / Den Qardner (İrlandiya); 75 kq. Yelena Vıstropova – Sema Çalışkan (Türkiyə)

13 aprel: 1/4 final. 49 kq. Rüfət Hüseynov – Qabor Virban (Macaristan) / Samuel Karmona Heredia (İspaniya)
12 aprel: 1/8 final. 56 kq. Cavid Çələbiyev – Vyaceslav Qojan (Moldova); 81 kq. Teymur Məmmedov – Georgi Kuşitaşvili (Rusiya) – Raytis Sinkeviçyus (Latviya); 91 kq. Abdulqadir Abdullayev – Tadas Tamaşauskas (Litva) / Milutin Stankoviç (Serbiya)

Həmin kateqoriyadan