“Bakı-2015-də möhtəşəm çimərlik futbolunun keçiriləcəyinə ümid edirik”

FIFA çimərlik futbolu Komitəsinin üzvü və Dünya Çimərlik futbolu Təşkilatının vitse-prezidenti Joan Kusko bu gün Bakı-2015-in çimərlik futbolu yarışları üzrə keçirilmiş püşkatma zamanı fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, bunları deyib:

“Dünyanın ən yaxşı komandalarının çoxu Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunları yarışlarında iştirak edəcək. Bu püşkatma sayəsində biz bir sıra maraqlı qarşılaşmaların şahidi olacağıq. Bu yay Bakı-2015 Avropa Oyunları zamanı möhtəşəm çimərlik futbolu yarışlarının keçiriləcəyinə ümid edirik”.

Həmin kateqoriyadan