Avropa Oyunlarında su polosunda üzrə təsnifat turniri keçiriləcək

“Bakı-2015” Avropa Oyunlarındakı su polosu yarışlarında iştirak etmək uğrunda turnirlər qitə ölkələrinin əksəriyyətində keçirilir. Allsport.az xəbər verir ki, Avropa Oyunları çərçivəsində 16 komandanın iştirak edəcəyi kişilər arasında su polosu yarışlarına qatılmaq hüququ əldə etmək məqsədilə son 8 yer uğrunda 22 ölkə mübarizə aparır. On iki komandanın iştirak etdiyi qadınlar arasında su polosu yarışlarına qatılmaq hüququ əldə etmək üçün isə son altı lisenziya uğrunda 13 ölkə mübarizə aparır.

Kişilər arasında təsnifat yarışları dörd, qadınlar arasında isə üç qrupda keçirilir. Hər qrupda ilk iki yeri tutacaq komandalar Avropa Oyunlarındakı yarışlara qatılmaq hüququ qazanacaq. Bu ölkələrə ötən il yeniyetmələr arasındakı qitə çempionatında seçmə yarışların qalibi olmuş yeddi ölkənin kişilərdən, beş ölkənin isə qadınlardan ibarət komandaları və yarışlara ev sahibliyi edəcək Azərbaycanın hər iki komandası qoşulacaq. Hər iki təsnifat yarışı martın 15-dək davam edəcək.

Kişilərin yarışlarında “A” qrupunda Hollandiya, Yunanıstan, Ukrayna, Belarus, Sloveniya, Portuqaliya, “B” qrupunda Avstriya, Türkiyə, Gürcüstan, Slovakiya, Bolqarıstan, Moldova, “C” qrupunda Polşa, Rumıniya, Fransa, İsrail, Çex Respublikası, “D” qrupunda isə Malta, Almaniya, Böyük Britaniya, İsveçrə və Latviya mübarizə aparır.

Qadınlardan ibarət komandalar arasında yarışlarda isə “A” qrupunda Fransa, Böyük Britaniya, Çexiya, İsveçrə, Portuqaliya, “B” qrupunda Slovakiya, Türkiyə, İsrail, Bolqarıstan, “C” qrupunda Serbiya, Almaniya, Xorvatiya və Rumıniya çıxış edir.

Malta yığmasının baş məşqçisi Karl İzzo bildirib ki, kişilərin “D” qrupunda təmsil olunan Almaniya ən güclü komandadır, Böyük Britaniya da fiziki hazırlıq baxımından çox güclüdür. Əgər tam potensialımızla oynaya bilsək, bu, bizə Avropa Oyunlarına vəsiqə qazanmaq imkanı verəcək.

Həmin kateqoriyadan