Avropa Oyunlarının bağlanış mərasiminin biletləri satıldıqca Bakı canlanır

Bu gün Bakı 2015-dən məlumat verilib ki, Bağlanış Mərasimi üçün 48000 biletin hamısı artıq satılıb. Allsport.az saytı xəbər verir ki, 28 iyun tarixində Olimpiya Stadionunda baş tutacaq bu tədbir İlk Avropa Oyunlarının 17 günlük idman yarışlarının yekunu olacaq.

Oyunlar “idman bayramı” kimi təqdim edilib və Bakı 2015 bütün ümidləri doğruldub. Cümə günü keçirilən möhtəşəm Açılış Mərasimindən sonra Avropa idmançıları diqqət mərkəzində olublar. Bundan sonra biletlərə tələb o qədər çox olub ki, ümumilikdə, Bakı 2015-in 20 idman növü üzrə yarışlarının 281 sessiyasından 168-nin biletləri artıq satılıb.

Biletlərə tələb hələ də çoxdur, belə ki, son 48 saat ərzində 23000 bilet satılıb. Bazar ertəsi, ölkədə bayram ilə əlaqədar qeyri-iş günündə, 30000 tamaşaçı Bakı və Mingəçevirdəki idman obyektlərində Avropa Oyunlarına tamaşa edib.

Bakı 2015-in biletlərinə olan tələbata gəlincə, Gənclər və İdman naziri və Bakı 2015-in Baş icraçı direktoru cənab Azad Rəhimov deyib: “Oyunlara münasibət çox müsbət olub. Açılış Mərasimi xalqda ruh yüksəkliyi yaradıb və indi biz, Azərbaycanın ən böyük idman tədbirində iştirak etmək istəyən insanlar tərəfindən biletlərə olan tələbin olduqca böyük olduğunun şahidiyik. Mən, həmçinin, Azərbaycan idmançıları ilə fəxr edirəm, onlar bizim xalqımızı sevindiriblər. Xalq tərəfindən onlara olan münasibət də olduqca müsbətdir və onların çıxışları ölkədəki gənc nəsli idmanla məşğul olmağa ruhlandıracaq”.

Yaxşı xəbər ondan ibarətdir ki, yarışlara biletlər hələ də satışdadır. Yarışa gəlmək istəyən hər kəs pulsuz olaraq 2015-ə zəng edib, Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilər. Qalan hər hansı idman yarışına bilet almaq üçün www.baku2015.com saytına daxil olun və ya Bakıdakı və idman obyektlərindəki bilet satışı məntəqələrinə müraciət edin.

Həmin kateqoriyadan