Avropa Stolüstü Tennis Birliyinin konqresində Azərbaycan da təmsil olunacaq

Aprelin 29-da Çinin Suzhou şəhərində stolüstü tennis üzrə dünya çempionatı ərəfəsində Avropa Stolüstü Tennis Birliyinin (ASTB) növbədənkənar konqresi keçiriləcək.

Allsport.az xəbər verir ki, konqresin gündəliyinə federasiya prezidentlərinin hesabatı, maliyyə məsələləri üzrə vitse-prezidentin qeydləri, 2015-ci il üçün yenilənmiş İnkişaf Proqramı, qanunvericiliyin təkmilləşdirilməsi, 2016–cı il üçün ASTB–nin tədbirləri, növbəti Avropa çempionatları və digər məsələlər daxil edilib.

Konqresin işində Azərbaycan Stolüstü Tennis Federasiyasının nümayəndələri də iştirak edəcəklər.

Həmin kateqoriyadan