LAYİHƏ
Avropa və Asiya yüksək liqalarında Azərbaycan legionu

Azad­lıq nə qə­dər şi­rin və şə­rəf­li­dir­sə, onun yo­lu bir o qə­dər ağ­rı­lı, keş­mə­keş­li­dir. Axı hər şe­yi, əmə­li ola­raq, ye­ni­dən qur­ma­lı, mü­na­si­bət­lər sis­te­mi­nin­də öz ye­ri­ni tut­ma­lı­san. Azad­lıq sa­də­cə döv­lət­çi­lik, hü­quq və im­kan­lar ge­niş­li­yi deyil. O, müa­sir ta­ri­xi for­ma­si­ya şə­rai­tin­də döv­lə­tin özü­lü, onur­ğa sü­tu­nu və mil­li ideo­lo­gi­ya­nın ini­ka­sı­dır.
Azər­bay­can qə­dim ta­ri­xi, zən­gin adət-ənə­nə­lə­ri, mə­də­niy­yə­ti, hə­yat fəl­sə­fə­si, möh­kəm so­si­al-məi­şət qa­nun­la­rı ilə se­çil­sə də, mi­nil­lik­lər bo­yu keş­mə­keş­li ha­di­sə­lə­rin məs­kə­ni, iki ulu dün­ya – Şərq­lə Qərb ara­sın­da kör­pü, ke­çid ol­muş mə­kan­dır. Get-ge­də də­rin­lə­şən böh­ran, if­las və məhv təh­lü­kə­si ilə üz-üzə qo­yan xır­da­çı pə­ra­kən­də­lik, si­ya­si, so­si­al və mə­nə­vi tə­nəz­zül re­al təh­lü­kə mən­bə­yi­dir və yal­nız or­taq mil­li bə­şə­ri də­yər­lə­rin gü­cü ilə ara­dan qal­dı­rı­la bi­lər. Be­lə­də, ta­ri­xin də sü­but et­di­yi ki­mi top­lu­mun ye­ni­lik­çi­lik ide­ya­la­rı­nın, mil­li-bə­şə­ri də­yər­lə­rin da­şı­yı­cı­sı olan təş­ki­lat­çı­ya eh­ti­yac da olur. Be­lə bir bən­zər-fərq­li özəl­lik­lə­ri ilə se­çi­lən məm­lə­kət­də li­der ol­maq da heç asan de­yil. Hə­lə üs­tə­lik, bu şəxs həm­rəy­lik tə­rən­nüm­çü­sü, bir­ləş­di­ri­ci mər­kəz ol­ma­lı, təş­ki­lat­çı əvə­ze­dil­məz­li­yi, ye­ni­lik­çi­li­yi və ver­di­yi qə­rar­la­rın qə­ti­li­yi ilə se­çil­mə­li­dir.

90-cı illərin ortalarından başlayaraq Azərbaycanda çox məşhur olan voleybolumuz tənəzzülə uğramağa başladı. Buna səbəb, lazımi maliyyənin ayrılmaması idi. Çətinlik üzündən aparıcı mütəxəssislərimiz ölkə xaricinə üz tutdular. Faiq Qarayevin uzaqgörən siyasət işlədib, özündən sonra komanda üzvlərini Türkiyəyə apardı, orda klublara düzəltdi. Azərbaycanda isə bu idman qara günlərini yaşamaqdaydı: milli komandalarımız qitə və dünya çempionatlarının təsnifanlarında iştirakedə bilmirdi, klub sistemi isə dağılmışdı. Belədə, Avropa Voleybol Konfederasiyasının qərarına əsasən, komandalarımız rəsmi beynəlxalq yarışlarda iştirak etməkdən məhrum edildilər; üstəlik, bizə xeyli miqdarda cərimə kəsildi. Azərbaycan voleybolunun həyatı artıq Türkiyədə yaşayırdı. Usta oyunçularımız legionçu karyeralarına başladılar. Öz parlaq çıxışı ilə çoxlarının rəğbətini qazanmış Alla Həsənova «Əmlak bankı»nda (Ankara) və «Günəş sığorta»da (İstanbul) forma geyinib, bu klublarla ölkə çempionatının gümüş medallarını qazanıb. Universal voleybolçumuz adı 2-ci çəkilən komanda ilə 1999-2000 mövsümündə Top-komandada oynamağa yaxın olub. Amma həmin mövsüm baş məşqçi Vladimir Kuzyutkini Vladimir Buzayev əvəzləyir. Belədə, həmyerlimiz də komandanı tərk edir. «Günəş sığorta» avrokubokda «dördlər finalı»na çıxır, bürünc medala sahiblənir. Qeyd edim ki, adı ilk çəkilən mütəxəssis 2010-cu ildə Rusiya millisini dünya çempionu edib.

Legionçuluqda ən çox uğur qazananlardan biri Yelena Şabovtadır. 1993-cü ildə Faiq Qarayev onu da Türkiyəyə dəvət etdi. İlk əməliyyatdan sonra, onu klublara götürmək istəmirdilər. Amma azərbaycanlı mütəxəssis ordakıları inandıra bildi. «Ankara Dəmirspor» və «Summerbank»da formasını bərpa edən usta voleybolçunu karyerasında 4 dəfə Türkiyə çempionu (Ankara – «Vəqfbank» 1997-98; İstanbul – «Əczaçıbaşı» 1999-2000) olub, 6 dəfə ölkə kubokuna yiyələnib. Baş məşqçi Faiq Qarayevin rəhbərliyi ilə 1997/1998 mövsümündə «Vəqfbank»la çempionlar liqasının finalçısı olub. Parlaq çıxışına görə 2 il ardıcıl Türkiyənin ən yaxşı əcnəbi oyunçusu seçilib. Azərbaycan 2-ci dönəmdə «Azəreyl» klubu ilə uğur qazandıqdan sonra, 1 il «Kann» (2004-05) komandasında keçmiş komanda yoldaşı Viktoriya Ravva ilə birgə çıxış edib, ölkə çempionluğuna və kubokuna yiyələnib, çempionlar liqasında «dördlər finalı»nda 3-cü yer tutub. Voleybol sevgisindən irəli yenidən qardaş məmləkətə üz tutan Yelena Şabovta İstanbul «Beşikdaş»ı (2005-06) və İzmir «Qarşıyaxa»sı (2007-08) ilə ölkə yüksək liqasının bürünc medallarına sahib çıxıb. Həmin ili növbəti əməliyyatdan sonra karyerasına son qoyub.
Millimizin aparıcı üzvü, Alla Həsənovanın bacısı Svetlana Seleznyova İstanbulun «Yaşılyurd» klubu ilə 3-cü yer (1993-94) yer tutub.

1989-1993-cü illərdə BMKZ-in (keçmiş «Neftçi») üzvü kimi 2-qat Azərbaycan çempionu (1992-1993) olan, 17 yaşında ikən növbəti 2 mövsümü «Vəqfbank»da keçirən Gürcüstan əsilli istedadlı voleybolçu Viktoriya Ravva Türkiyə çempionatında gümüş medal (1994-95) və elə həmin ili ölkə kuboku qazanıb. O, 1994-cü ildə Braziliyada keçirilmiş dünya çempionatında millimizin heyətində 9-cu yer tutub. Gözəlçə 2 il sonra bizdə çıxış etmədi, Fransanın «Kann» klubuna keçdi, 2002-ci ildə bu ölkənin vətəndaşlığını aldı və qitə miqyasında böyük uğurlara yetişdi, dünyaca məşhurlaşdı.
Millimizin üzvləri olmuş Mariya Çarenko, Tatyana Fyodorova (sonradan Türkiyədə ailə qurub Melis Həmşəri kimi tanındı – K.H.) və Yelena Arifova da həmin dövrdə «Vəqfbank»ın (Ankara) uğurları üçün çalışıblar. Alla Teterina ilə Liliya Sergeyeva isə Yelena Şabovta ilə bərabər «Summerbank»da (Ankara) çıxış edib. Bu voleybolçularımız BMKZ ilə 1989/90-cı mövsümdə ittifaq çempionatında 3-cü yer tutduqda, son SSRİ kuboku qazanıldıqda (1991) və CEV kubokunun finalında (1993), eləcə də milli komanda ilə Braziliyada keçirilən dünya çempionatında heyətdə olublar.
Nisə Quliyeva İstanbulun «Türk Telekom» və «Beşikdaş», Marina Kuzmina «Yaşılyurd» (1994) komandalarında forma geyiniblər.
Azərbaycan voleybol məktəbinin başqa bir yetirməsi olan Svetlana Bondarenko 1993-cü ildə Rusiyaya yollanıb, orada «Luç» (Moskva) və «Beloqorye» (Belqorod)  klublarının şərəfini qoruyub.

Müasir dövrdə Valeriya Məmmədova (Korotenko) və Oksana Parxomenko (Qurd) «Fənərbağça-Acıbadəm»də 2008-09 mövmünün qalibi və CEV kubokunun bürünc medalını qazanıb. O zaman heyətdə Nisə Quliyeva da olub. Adı ilk çəkilən oyunçumuz buna qədər 2007-ci ilə «Valero»nun tərkibində İsveçrə çempionluğunu bayram edib.
Uzun müddət millimizin öncülü olmuş Natalya Məmmədovanın uğurlu legionçu həyatı var. O, ayrı-ayrı illərdə Sürix «Valero»sunun (2005-06; 2007-08; 2014-17) 3 kərə heyətində yer alıb və hər dəfə İsveçrə çempionluğunu bayram edib. «İkaro» ilə (2008) İspaniya yüksək dəstəsinin gümüş mükafatını qazanıb.
İtaliya «A seriya»sında «Kyeri»nin (2007), Türkiyə 1-ci liqasında «Türk Telekom»un (2008-09) şərəfini qoruyub. Ankara komandası ilə 3-cü yer tutub.
Rusiya karyerasında Krasnodar «Dinamo »(2009-2010) və «Omiçka» (2012-14) klublarında hər dəfə ölkə çempionatının bürünc medallarını qazanıb, 2 dəfə ən məhsuldar voleybolçu olub, 2012-ci ildə Rusiya kubokunu qazanıb. Cari mövsümdə Qazan «Dinamo»su ilə anlaşıb.
3 kərə ardıcıl (2004-07) çempionlar liqasının ən çox fərqlənən oyunçusu olub. Maraqlıdır ki, Avropanın ən nüfuzlu yarışında böyük uğura legionçuluqla deyil, Azərbaycanda «Rabitə»tə ilə yetişib. 2010-11 mövsümündə «dördlər finalı»nda 2-ci yerə çıxıb, turnirin ən yaxşı hücumçusu seçilib və sonra klublararası dünya çempionu olub.

Yana Kulan 2014-2015-ci ildə Polşa «Atom»unda oynayıb, komandası çempionatda 2-ci yer tutub, eyni nəticəni həmin mövsüm CEV kubokunda qazanıb. O, son 2 mövsümü Türkiyənin 1-ci liqası klubu «Çanaqqala»da keçirib.
Kseniya Qoçigid (Poznyak) İtaliya «A seriyası»nda «Kariparma» (2011-12) və «Beşikdaş»da (2016-17) forma geyinib. Bu ölkənin yüksək liqasında Natəvan Əfşar (Qasımova) ilə Odina Bayramova da oynayıblar. Millimizin keçmiş toppaylaycısı «Skavolini» (2011) üçün çalışıb. Kapitan keçən mövsüm «Firenze»də çıxış edib. Millimizin üzvü Anastasiya Qurbanova 2015-16 mövsümünü Rusiyanın «Proton» klubunda keçirib.
Yelizaveta Səmədova da karyerasını “A seriya”sında davam etdirəcək. Toppaylayıcımız “Savino Del Bene” klubunun uğuru üçün çalışacaq.
Millimizin aparıcı üzvlərindən Polina Rəhimova 2014-cü ildə Koreyanın «Hyunday» komandası ilə müqavilə bağlayıb. Burada bir mövsüm oynadıqdan sonra, Yaponiyanın «Toyota» klubuna keçib. O, 14-cü turda «Xitaçi» ilə matçda dünya rekordu edib, 58 xal qazanlb. Ona qədər, ilk bolqarıstanlı Elisa Basilyevaya məxsus idi (57). Millimizin keçmiş oyunçusu Anita Bredis 2014-2015-də «Yaşılyurd»da forma geyinib. Anastasiya Qurbanova 2015-2016 mövsümünü Rusiyanın “Proton” klubunda keçirib. Sabiq kuba əsilli milli voleybolçularımız Gizel Əzimli «Xalqbank»da və Vilma Alışanova «Çanaqqala»da (2014-2015) çıxış ediblər.

Hazırda kişilərdən ibarət milliyə başçılıq edən Fərid Calalov idmançı karyerasında Almaniyanın «Fridrixşafen» (2006) komandasında çıxış edib.
Vüqar Bayramov Misir Superliqasında «Smoha»da (2014-15) uğur qazanıb, Türkiyədə 1-ci liqasının «B» qrupunda «Solxanspor»da mübarizə aparıb.
Millimizin üzvü Yevgeni Kovalenko Qazaxıstanın yüksək liqasında çıxış edən «Kondensat-Jaikmunay»da (2014-15) oynayıb.

Kamran HACI

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

Həmin kateqoriyadan