- Baxış sayı: 76
- 13 Aprel 2024 14:14
- Baxış sayı: 33
- Aprel 23, 2024
- 0
Avstraliyanın Melbrun şəhərində yeni Formula1 mövsümünə start verilib. Allsport.az saytı xəbər verir ki, gərgin rəqabətdə qalib adını ötən dünya çempionatında 2-ci yeri tutmuş Sebastyan Fettel qazanıb. “Ferrari”nin sürücüsü qran-pridə 25 xal qazanıb.
2-ci yeri son qalib Lüis Həmilton tutub. “Mersedes”in pilotu almaniyalı həmkarına 5 saniyə uduzub (1 saat 29:38.319). İlk üçlüyü “Ferrari”nin digər sürücüsü Kimi Rəykkönen qapayıb.
Növbəti mərhələ 2 həftə sonra Bəhreyndə keçiriləcək.