Avstraliyalı qoşaçarxçı rekord etdi, bizimki 24-cü oldu

Avstraliyalı qoşaçarxçı Anna Mirs olimpiya oyunlarının tarixinə düşüb. Allsport.az saytı xəbər verir ki, o, trek yarışında ardıcıl 4 olimpiadada fəxri kürsüyə qalxan ilk qadın velosipedçi olub.

Titullu yürüşçü Azərbaycan millisinin üzvü Olqa İsmayılovanın da mübarizə apardığı keyrin növündə bürünc mükafat qazanmala, rekordu rəsmiləşdirib.

Afina-2004-də qızıl və bürünc, Pekin-2008-də gümüş medala yetişən avstraliyalı, London-2012-də ilk böyük uğurunu təkrarlayıb. 6-cı medalı Rioya təsadüf edib. O, 3-cü olub. Bizimkinə gəlincə , Olqa keyrində 21-24-cü yeri bölüşüb.

Həmin kateqoriyadan