“Ay-ulduzlular”ımız 1 pillə irəliləyib

FİFA milli komandalarının yeni reytinq siyahısını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, “ay-ulduzlular”ımız yeni siyahıda bir pillə irəliləyib. Yığmamız hazırda 253 xalla 137-ci pillədə qərarlaşıb.

Azərbaycan komandasının DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin siyahıdakı mövqeyi belədir: Almaniya (4, 1319), Şimali İrlandiya (28, 822), Çexiya (33, 768), Norveç (53, 588) və San-Marino (200, 20).

Qeyd edək ki, ötən ayın çox irəliləyən komandası Yeni Zelandiya olub. 54 pilləlik sıçrayış edən bu komanda hazırda 93-cüdür. Ən pis göstəici isə Belizə məxsusdur. Bu komanda 114-cü yerdən 164-cü pilləyə yuvarlanıb.

İlk onluqda qərarlaşan komandalar isə bunlardır: Argentina (1585), Belçika (1401), Kolumbiya (1331), Almaniya (1319), Çili (1316), Portuqaliya (1266), Fransa (1189), İspaniya (1165), Braziliya (1156), İtaliya (1155).

Həmin kateqoriyadan