“Ay-uldizlular”ımız FİFA-nın əmsalında 1 pillə irəliləyib

FİFA milli komandaların yeni reytinqini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan komandası avqust ayı üçün siyahıda irəliləyib. Hazırda 253 xala malik olan “ay-uldizlular”ımız 1 pillə irəliləyib və 136-cı sırada qərarlaşıb.

DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimizin siyahıdakı mövqeyi belədir: Almaniya (4, 1319), Şimali İrlandiya (28, 822), Çex Respublikası (34, 768), Norveç (50, 588), San Marino (200, 20).

İlk onluqda qərarlaşan yığmalar isə bunlardır: Argentina (1585), Belçika (1401), Kolumbiya (1331), Almaniya (1319), Çili (1316), Portuqaliya (1266), Fransa (1189), İspaniya (1165), Braziliya (1156), İtaliya (1155).

Həmin kateqoriyadan