“Ay-ulduzlular”ımız Moldova tilsimini qıra biləcəkmi?

Bu gün futbol üzrə Azərbaycan millisi növbəti matçına çıxır. Allsport.az saytı xəbər verir ki, “ay-ulduzlular”ımız cari mövsümün son oyununda moldovalı hənkarlarını sınağa çəkəcək. Moldova bizim üçün tanış rəqibdir.

Belə ki, millimiz bu komanda ilə 9-cu dəfə üz-üzə gələcək. Əvvəllər millimiz bu rəqiblə 8 yoxlama görüşü keçirib. Onların yalnız birində sevinən tərəf olmuşuq. Bu dəfə yığmamız moldovalılarla görüşlərdəki uğursuz statistikanı bir qədər yaxşılaşdıra bilər.

Yoxlama oyunu, 17 noyabr

21:00. Azərbaycan – Moldova
Hakimlər: Laşa Silaqava, Zaza Pipiya, David Çiqoqidze (hamısı – Gürcüstan), Rauf Cabbarov (Azərbaycan).
Bakı. Olimpiya stadionu.

Həmin kateqoriyadan