“Ay-ulduzlular”ımız Dünya Kuboku-2018-də Braziliyaya rəqib olacaqmı?

DÇ-2018-in Cənubi Amerika üzrə seçmə mərhələsinin 14-cü turunda Braziliya millisi evdə paraqvaylı həmkarlarını qəbul edib. Allsport.az saytı xəbər verir ki, 5-qat dünya çempionu  rəqibini 3 cavabsız qolla yenib, xallarını 33-ə yüksəldib.

Nəticədə, Adenor Leanardo Bakşinin (Tite) komandası sona 4 görüş qalmış final mərhələsinə birbaşa vəsiqə verən 4 yerdən birini təmin edib. “Sambaçılar” ev sahibi Rusiyadan sonra Dünya Kubokunda oynamaq hüququ qazanan ilk yığma olub.

Qeyd edək ki, Avropa zonası üzrə “C” qrupunda yer alan Azərbaycan millisinin hazırda hesabında 7 xal var və bəzi mütəxəssislər “ay-ulduzlular”ımızın final mərhələsinə çıxmaq ehtimalı olduğunu deyirlər.

Həmin kateqoriyadan