“Ay-ulduzlular”ımız FİFA reytinqində 5 pillə gerilədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan seçməsi yeni siyahıda ötən ayla müqayisədə 5 pillə geriləyib. Komandamız hazırda 138-ci pillədə qərarlaşıb. Yığmamızın hesabında 252 reytinq xalı var.

Dünya çempionatı-2018-in seçmə mərhələsindəki rəqiblərimizin mövqeyi belədir: Almaniya (4, 1310), Şimali İrlandiya (25, 851), Çex Respublikası (30, 815), Norveç (51, 593) və San Marino (200, 20).

İlk onluqda qərarlaşan komandalar isə bunlardır: Argentina (1503), Belçika (1384), Kolumbiya (1328), Almaniya (1310), Çili (1293), İspaniya (1267), Braziliya (1257), Portuqaliya (1181), Uruqvay (1150), Avstriya (1077).

Həmin kateqoriyadan