«Ay-ulduzlular»ımız Maltada üstünlüyünü saxlaya bilmədi

Bu gün Azərbaycan futbolçuları Avropa-çempionatı-2016-nın seçmə mərhələsində «H» qrupunda səfərdə maltalı həmkarları ilə görüşüblər. Allsport.az saytı xəbər verir ki, oyuna fəal başlayan «ay-ulduzlular»ımız ilk hissədə Rahid Əmirquliyevin (36 dəq) sayəsində önə keçib.

Növbəti yarıda matçın gedişi xeyrimizə olarkən, ev sahibi ardıcıl 2 qol vuraraq, hesabda önə çıxıb. Kapitan Maykl Mifsud (55) və Alfred Effionqun (71) zərbələri dəqiq olub.

Amma sonradan toparlanan millimiz Rahidin (80) uzaqdan dəqiq vuruşu ilə hesabda tarazlıq gətirib – 2:2. Görüşün sonrakı dəqiqələrində qol vurulmayıb və matç heç-heçə bitib.

Həmin kateqoriyadan