“Ay-ulduzlular”ımız səfərdə Almaniya millisinə uduzsa da, ilk hissədə layiqli müqavimət göstərib

Azərbaycan millisi DÇ-2018-in seçmə ələməsində yer aldığı “C” qrupunda son oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, mübarizə apardığı mərhələlər ərzində ilk dəfə 10 xal toplayan Robert Prosineçkinin komandası səfərdə Almaniya futbolçuları ilə qarşılaşıb.

Meydan sahibləri aşkar favorit olmasına rəğmən, “ay-ulduzlular”ımız ilk hissədə adlı-sanlı rəqibə ciddi müqavimət göstərib. Erkən qol müqabilində Ramil Şeydayevin 34-cü dəqiqədə fərdi ustalıqla tək başına 2 müdafiəçidən sıyrılıb yaxın küncə dəqiq zərbəsi buna süburdur – 1:1.

Fasilədən sonra səviyyə yenə öz sözünü deyib, “alman maşını” işə düşüb və yığmamız qapısında daha 4 qol görüb.

Həmin kateqoriyadan