“Ay-ulduzlular”ımız yenə xorvatiyalı mütəxəssisə tapşırıldı

Bu gün AFFA-nın icraiyyə komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, baş sponsor SOCAR-ın inzibati binasında keçirlimiş toplantıda aşağıdakı qərarlar qəbul olunub:

1. Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub. Yaxın günlərdə məşqçi ilə müvafiq müqavilə imzalanacaq.
2. Adları aşağıda göstərilmiş məşqçilər müvafiq yaş qruplarından ibarət milli komandaların baş məşqçisi təyin olunub:

– Milan Obradoviç – Azərbaycan U-21
– Samir Əliyev – Azərbaycan U-19
– Miloş Velebit – Azərbaycan U-15, U-16
 
Miloş Velebit, eyni zamanda, U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının koordinatoru kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, yerli mütəxəssis Qurban Qurbanovdan öncə də millini xorvatiyalı xoca – Robert Prosineçki çalışdırıb.

Həmin kateqoriyadan