Ay-ulduzlular”ımızın heyətini açıqlanıb

Azərbaycan millisinin heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Qurban Qurbanov heyətə 24 futbolçu cəlb edib. Martın 15-24-də Bakıda, 25-28-də Antalyada təlim-məşq toplanışı olacaq. “Ay-ulduzlular”ımız ayın 23-də Bakı olimpiya stadionunda Belarus, martın 27-də isə “Mərdan” stadionunda Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirəcək:
Kamran Ağayev (“Keşlə”), Rəşad Əzizli, Səlahət Ağayev (hər ikisi – “Neftçi”) – Maksim Medvedev, Elvin Yunuszadə (“Qarabağ”), Ruslan Abışov (“Neftçi”), Ürfan Abbasov (“Qəbələ”), Tural Axundov (“Sumqayıt”), Rahil Məmmədov (“Səbail”), Şəhriyar Rəhimov (“Kəpəz”), Pavel Paşayev, (“Aleksandriya”, Ukrayna) – Qara Qarayev, Coşqun Diniyev, Riçard Almeyda (hər üçü – “Qarabağ”), Namik Ələskərov, Rəhman Hacıyev, Emin Mahmudov (Neftçi), Asif Məmmədov (“Qəbələ”), Dimitri Nəzərov (“Erzgebirge”, Almaniya), Cavid İmamverdiyev, Rəşad Eyyubov (“Sumqayıt”) – Araz Abdullayev (“Anortosis”, Kipr), Amil Yunanov (“Sumqayıt”), Ruslan Qurbanov (“Qəbələ”).

Həmin kateqoriyadan