“Ay-ulduzlular”ımızın keçmiş baş məşqçisi dünyasını dəyişib

Bu gün Braziliyanın əfsanəvi futbolçusu Karlos Alberto Torres 72 yaşında vəfat edib. Allsport.az saytı xəbər verir ki, o, Rio-de-Janeyroda ürək tutmasından dünyasını dəyişib.

Karlos Alberto 53 dəfə Braziliya milli komandasının formasını geyinib. O, 1970-ci ildə Dünya Kubokunun sahibi olarkən, kapitan olub. Torres DÇ-1970-in finalında Brazilyanın İtaliyaya qarşı keçirdiyi oyunda dünya çempionatları tarixində ən gözəl qollardan birini vurub.

Qeyd edək ki, braziliyalı mütəxəssis 2004-2005-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub. O, ilk əcnəbi çalışdırıcı kimi futbol tariximizə düşüb.

Həmin kateqoriyadan