“Ay-ulduzlular”ımızın mətbuat konfransı və açıq məşqi

Milli futbol komandamız Avro-2016-nın seçmə mərhələsində noyabrın 16-da Bakıda norveçli həmkarını qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, bu matça hazırlıq məqsədilə təlim-məşq toplanışında olan “ay-ulduzlular”ımızın ayın 15-də, saat 19:30-da “Bakcell Arena”da mətbuat konfransı təşkil olunacaq. 20:00-da başlayacaq hazırlığın ilk 20 dəqiqəsi mətbuat və azakeşlər üçün açıq keçəcək.

Seçməmiz skandinavlarla rəsmi görüşə saat 21:00-da çıxacaq. Komandamızı meydana istefaya göndərilmiş baş məşqçi Berti Foqtsu əvəz edən yerli mütəxəssis Mahmud Qurbanov çıxaracaq. Xatırladaq ki, “H” qrupunda yer alan Azərbaycan millisinin 3 oyundan sonra hesabında xal yoxdur.

 

Həmin kateqoriyadan