“Ay-ulduzlular”ımızın millətlər liqasında tale oyunları üçün heyəti açıqlanıb

Noyabrın 17-də millətlər liqasında Bakı olimpiya stadionunda Farer adaları, 3 gün sonra səfərdə Kosovo futbolçuları ilə qarşılaşacaq “ay-ulduzlular”ımızın heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, Qurban Qurbanov ilk dəfə “Neftçi”nin hücumçusu Mirabdulla Abbasova dəvət göndərib. Siyahıda başqa sürpriz adlar da var.
Qapıçılar – Kamran Ağayev (“Keşlə”), Səlahət Ağayev (“Neftçi”), Emil Balayev (“Səbail”)
Müdafiəçilər – Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı – “Qarabağ”), Şəhriyar Əliyev (“Sumqayıt”), Təmkin Xəlilzadə, Ürfan Abbasov (“Qəbələ”), Tural Axundov (“Neftçi”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna)
Yarımmüdafiəçilər – Qara Qarayev, Araz Abdullayev (“Qarabağ”), Emin Mahmudov (“Neftçi”), Əfran İsmayılov (“Sumqayıt”), Rahid Əmirquliyev (“Səbail”), Cavid İmamverdiyev (“Sabah”), Riçard Almeyda (“Astana”, Qazaxıstan), Dmitri Nəzərov (“Erzgebirge”, Almaniya)
Hücumçular – Mahir Mədətov (“Qarabağ”), Mirabdulla Abbasov (“Neftçi”), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rüfət Dadaşov (“Proyssen”, Almaniya), Ruslan Qurbanov (“Səbail”)

Həmin kateqoriyadan