- Baxış sayı: 32
- 18 Aprel 2024 22:15
- Baxış sayı: 38
- Aprel 18, 2024
- 0
Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsində rəqibləri yoxlama oyununda qüvvəsini sınayıblar. Allsport.az saytı xəbər verir ki, Çex Respublikasının yığması doğma meydanda Danimarka ilə qarşılaşıb.
Oyunda hesabı 8-ci dəqiqədə ev sahibləri açsalar da, ilk yarının sonlarında skandinavlar bərabərlik qolunu vurublar. Oyunda başqa qol olmayınca, bu görüş 1:1 hesabıyla bitib.
Şimali İrlandiya komandası Xorvatiyanı qəbul edib. Bu görüşdə millimizin rəqibi böyük hesabla uduzub. Bir neçə gün öncə Belfastda Azərbaycana 4:0 hesabıyla qalib gələn şimali irlandiyalılar darmadağınla üzləşiblər – 0:3.