“Ay-ulduzlular”ımızın Şimali İrlandiya millisi üçün hazırlıq planı bilinib

Azərbaycan milli Dünya Kubolu-2018-in seçmə mərhələsində iyunun 10-da Şimali İrlandiyanı qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, “ay-ulduzlular”ımızın hazırlıq planı bəlli olub.

Bu barədə KİV-ə baş məşqçisi Robert Prosineçki məlumat verdi. Onun sözünə görə, mayın 15-də bir araya gələcək komandamız, təlim-məşq toplanışını davam etdirmək üçün, 5 gün sonra Avstriyaya yollanacaq.

Yığma bu ölkədə iyunun 3-nə qədər qalacaq. Millimiz Avstriyada 2 yoxlama görüşü keçirəcək. Rəqiblərin kimliyi hələ bilinmir. Xorvatiyalı mütəxəssis Şimali İrlandiya kollektivinin oyun tərzinə uyğun futbol göstərən rəqib axtarır. Təbii ki, səviyyəli tərəf-müqabili əsas məqsəddir.

Həmin kateqoriyadan