“Ay-ulduzlular”ımızın yoxlama oyunu üçün heyəti bilinib

Martın 9-da Dohada qətərli həmkarları ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan futbol millisinin heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, komandaya Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev, Tərlan Quliyev, Abbas Hüseynov (hər üçü – “İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov (“Qarabağ”), Tellur Mütəllimov, Urfan Abbasov, Məhəmməd Mirzəbəyov (“Qəbələ”), Arif Daşdəmirov (“Qarabağ”), Ruslan Abışov (“Neftçi”), Rahid Əmirquliyev, Qara Qarayev, Riçard Almeyda (“Qarabağ”), Elvin Məmmədov (“Zirə”), Cavid Hüseynov, Araz Abdullayev (“Qəbələ”), Ağabala Ramazanov (“Qarabağ”), Ruslan Qurbanov (“Qəbələ”), Namik Ələskərov (“Neftçi”), Rauf Əliyev (“İnter”) və Mahir Mədətov (“Qarabağ”) dəvət olunublar.

Həmin kateqoriyadan