“Ay-ulduzlu”muz “Metallurq”a kömək edə bilmədi

Ukrayna çempionatında 8-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin komandası – “Metallurq” da növbəti matçına çıxıb.

Zaporojye klubu doğma meydanda Xarkov “Metallist”i ilə qarşılaşıb. Matç qolsuz başa çatıb. Start heyətdə meydana çıxan Pavel sonadək mübarizə aparıb və 27-ci dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, “Metallurq” geridə qalan turlarda cəmi 3 xal qazanıb və 14 klub arasında 13-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan