- Baxış sayı: 36
- 24 Aprel 2024 23:00
- Baxış sayı: 35
- Aprel 23, 2024
- 0
Moskva “Spartak”ının azərbaycanlı futbolçu Ayaz Quliyev “Krasnodar”a keçə bilər. Allsport.az xəbər verir ki, tərəflər keçidlə bağlı danışıqlara başlayacaq.
Həmvətənimizlə Rusiyanın digər klubları da maraqlanır, ancaq 22 yaşlı yarımmüdafiəçinin “Krasnodar”a transfer olmaq ehtimalı daha yüksəkdir.
“Qladiatorlar” Ayazı ötən il “Rostov”a 500 min avroya satıb, qışda 1 milyona qaytarmışdı. Onun Moskva klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.
Ayaz Quliyev bu mövsüm “Spartak”ın heyətində 14 oyun keçirib.