Ayaz Quliyevli “Spartak” Moldova “Şerif”inə uduzub

Moskva “Spartak”ı Türkiyə toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb.

Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin yer aldığı “qladiatorlar” Moldova çempionu “Şerif”lə üz-üzə gəlib.

Qarşılaşma Rusiya təmsilçisinin 1:2 məğlubiyyəti ilə bitib. Həmvətənimiz start heyətdə meydana çıxıb və 57-ci dəqiqədə əvəzlənib.

Həmin kateqoriyadan