Ayaz Quliyevli “traktorçular” Moskva SSKA-sı ilə sülh bağlayıb

Rusiya premyer-liqasının 16-cı turunda azərbaycanlı futbolçu Ayaz Quliyevin yer aldığı “Rostov” evdə Moskva SSKA-sı ilə qolsuz heç-heçə edib.

Allsport.az saytı xəbər verir ki, həmyerlimiz görüşün iştirakçısı olmayıb. Ötən tur qırmızı vərəqə ilə cəzalanan futbolçu bu səbəbdən oyunu buraxıb.

“Traktorçular” hazırda 24 xalla 6-cı pillədə qərarlaşıb.

Həmin kateqoriyadan