Aynur Məmmədova: Məqsədim 2-qat dünya çempionu olmaqdır

«Bu yaxınlarda Antalyada keçirilmiş Avropa çempionatında qalib oldum. Çalışacağam ki, gələn il də uğurlu çıxış edim». Bunu allsport.az saytına açıqlamasında milli komandanın parataekvondoçusu Aynur Məmmədova deyib.

Onun bildirdiyinə görə, yeni mövsümdə əsas hədəfi bir daha cahanın ən güclülərinin yarışına öz sözünü deməkdir: «Bir dəfə dünya çempionatında qızıl medal qazanmışam. Məqsədim, 2-qat qalib olmaqdır. Bunun üçün, səylərimi daha artıracağam».

Həmin kateqoriyadan