Ayşən Abduləzimovalı “mələklər” rəqib meydanında “Uypeşt”ə qalib gəlib

Macarıstanın qadın voleybolçuların ölkə çempionatının 1-ci liqasında 8-ci turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, millimizin üzvü Ayşən Abduləzimovanın çıxış etdiyi “Vasas” klubu növbəti qələbəsini qazanıb.

Paytaxtlılar rəqib meydançasında digər Budapeşt təmsilçisi “Uypeşt”i 3:0 üstələyib (25:21, 25:14, 25:16). Həmyerlimiz mübarizədə olub. “Mələklər” 19 xalla “A” qrupunda öndədir.

Həmin kateqoriyadan