Ayşən Abduləzimovanın komandası Sombatheydən qələbə ilə qayıdıb

Macarıstanın qadın voleybolçuların ölkə çempionatının 1-ci liqasında 7-ci turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, millimizin üzvü Ayşən Abduləzimovanın yer aldığı Budapeştin “Vasas” klubu növbəti qələbəsini qazanıb.

Paytaxtlılar səfərdə “Haladas” komandasını 3:1 üstələyib (27:29, 25:19, 25:20, 25:25). Həmyerlimiz meydançada olub. “Vasas” 16 xalla “A” qrupunda öndədir.

Həmin kateqoriyadan