Ayxan Abbasov: 2-ci hissədə hava şəraiti də oyuna təsirini göstərdi

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov premyer liqanın 20-ci turunda “Neftçi”yə qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 1:2 hesabı ilə yenildikləri görüşdən bunu deyib:

“Danışmaq mənə çətindir. Üzürlü sayın. Futbolçularımı təbrik edirəm. İlk növbədə xarakterə görə. 2-ci hissədə hava şəraiti də oyuna təsirini göstərdi. Ancaq bütün tapşırıqlarımı yerinə yetirdilər. Hər şey normaldı”.

Həmin kateqoriyadan