Ayxan Abbasov: Bizə əsasən oyun tempi lazım idi

“Zirə” yoxlama oyununda “Qarabağ”ın əvəzedici komandası ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, “qartallar”ın 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra, baş məşqçi Ayxan Abbasov bunu deyib:

“Bilirsiniz ki, bu həftə çempionatdakı oyunumuz təxirə salındı. Bizə də oyun lazım idi. Sağ olsunlar, “Qarabağ”dan xahiş etdik, əvəzedici komanda ilə yoxlama matçı keçirməyə razılıq verdilər. Həmçinin, əsas heyətdə fürsət qazanmayan futbolçuları bizimlə qarşılaşmaya göndərdilər.

Normal görüş oldu. Bizə əsasən oyun tempi lazım idi ki, bunu əldə etdik. Bu həftəni matçla başa vurmaq istəyirdik, buna nail olduq. Düzdü, zədələrimiz oldu, bunlar da futbolda baş verən hadisələrdir”.

Həmin kateqoriyadan