Ayxan Abbasov: Bu tempi qorumalıyıq

“Sumqayıt” səfərdə lider “Neftçi” ilə sülh bağlayıb. Allsport.az saytı xəbər verir ki, “kimyagərlər”in baş məşqçisi Ayxan Abbasov görüşü belə təhlil edib:

“Çempionatın son oyunu idi. İstəyirdik xalla ayrılaq. Futbolçularımız əzmkarlıq göstərdilər. Son oyunlarda futbolçulardan razıyam. Məşqdəki performansı oyunlarda da nümayiş etdirirlər. Doğrudur, qarşıda hələ 2 dövrə var.

Bu tempi qorumalıyıq. Fasilədə çatışmazlıqlarımızı aradan qaldırmağa çalışacağıq. “Neftçi”ni təhlil etmişdik. İlk dəqiqələrdə qol epizodlarından fərqlənə bilərdik. Hər halda, futbolda hər şey olur”.

Həmin kateqoriyadan