Ayxan Abbasov: Hakim ilk dəqiqələrdən oyunu alt-üst etdi

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov premyer liqasının 2-ci turunda “Səbail”ə qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, doğma meydanda 0:3 hesabı ilə yenildikləri görüşdə xeyli səhvlər buraxdıqlarını söyləyib:

“Yeni mövsümdə evdə ilk oyunumuz idi. Təəssüf ki, azarkeşlərimizi sevindirə bilmədik. Bizim günümüz deyildi. Hakim ilk dəqiqələrdən oyunu alt-üst etdi.

Rəqib qapıçı qırmızı vərəqə almalıydı, Şəhriyarın epizodu penalti idi. Çempionat bizim üçün çətin olacaq. Çalışmaq lazımdır. Hesabda geri düşdük, sistemi dəyişdik. Oyunumuz dağıldı. Bu gün fərdi səhvlərimiz çox oldu”.

Həmin kateqoriyadan