Ayxan Abbasov: İlk yarıda tələskənlik oldu

Azərbaycan kubokunun 1/8 final mərhələsində “Zirə” öz meydanında “Xəzər”i qəbul edib. Allsport.az saytı xəbər verir ki, ev sahibi 3:0 hesablı qələbəsindən sonra baş məşqçi Ayxan Abbasov matçla bağlı fikirini bildirib:

“Qarabağ”la oyundan sonra sıx qrafikə girirdik. Oynamayan futbolçulara daha çox şans verdik. İlk yarıda tələskənlik oldu. Hesabı açandan sonra rahat olduq. Rəqib yaxşı müqavimət göstərdi. Onlara gələcək oyunlarda uğurlar arzulayıram.

Qeyd edək ki, qalib komanda 1/4 finalda “Neftçi” ilə qarşılaşacaq.

Həmin kateqoriyadan