Ayxan Abbasov: İnamı qaytarmaq üçün 3 xal çox lazım idi

“Sumqayıt” evdə “Səbail” üzərində vacib qələbə qazanıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Ayxan Abbasov mətbuat konfransında 1:0 hesablı qələbəni belə şərh edib:

“İlk öncə Rahid Əmirquliyevə anasının vəfatına görə başsağlığı verirəm. İkincisi, “Sumqayıt” azarkeşlərini bu şəhərə futbolun qayıtması münasibətilə təbrik edirəm. Bilirdik ki, çətin olacaq. Rəqib müdafiədə sıx oyunu ilə seçilir. Keçən oyun yaxşı oynadıq.

Bu gün futbolçularımdan ən çox tələbim qələbə qazanmaq idi. Çünki 3 xal bizə çox vacib idi. Qələbə qazanmadıqca, futbolçularda psixoloji vəziyyət pisləşirdi. İnamı qaytarmaq üçün 3 xal çox lazım idi. Bilirik ki, qarşıda çətin qrafik gözləyir. İnşallah, bundan uğurla çıxarıq”.

Həmin kateqoriyadan