Ayxan Abbasov: Qarşıdakı 2 oyunda bu səhvlər üzərində üzərində işləməyə çalışacağıq

“Zirə” Antalyada sınaq görüşündə Rumıniyanın “Volnutari” klubuna 2:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, oyundan sonra baş məşqçimiz Ayxan Abbasov bunu deyib:

Antalyaya gələndən bəri fiziki yükləmələrə fikir verirdik. Ona görə də uşaqlarda yorğunluq vardı. Futbolçulara ayrı-ayrılıqda iki 45 dəqiqənin oynanılmasına dair tapşırıq vermişdik.

İstəkli oynadılar. Hiss olunur ki, əvvəlki yoxlama matçlarında buraxdığımız səhvləri tədricən azaltmışıq. Amma yenə də çatışmazlıqlarımız var. Qarşıdakı iki oyunda bu səhvlər üzərində üzərində işləməyə çalışacağıq. Məqsədimiz çempionata hazır olmaqdır. Zədəlilərimiz sağalıb. Orxan Əliyev bu gün 45 dəqiqə oynaya bildi. Qapıçımız Anar Nəzirov komanda ilə məşqlərə başlayıb.

Bu, bizi sevindirir. Yeni transferlərimiz Elşən Abdullayev, Mirsahib Abbasov və Telllur Mütəllimov öz klublarında az oynamışdılar. Onlar da bizim kollektivə uyğunlaşırlar. Ümumən götürsək, durumumuz normaldır. Bilirik ki, premyer liqanın qalan iki dövrəsi gərgin keçəcək. Digər klubların da gücləndiyini görürük”.

Həmin kateqoriyadan