Ayxan Abbasov: Qış fasiləsindən sonra “Kəpəz” heç kimə asan məğlub olmayıb

Premyer liqasının 21-ci turunda “Zirə” səfərdə “Kəpəz”lə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, 0:0 hesabı ilə başa çatan görüşdən sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov matçla bağlı fikirini bildirib:

“Gərgin, maraqlı oyun alındı. Bilirdik ki, qış fasiləsindən sonra “Kəpəz” heç kimə asan məğlub olmayıb. Hətta son dəqiqələrdə buraxdıqları qollara baxmayaraq da, layiqli oynayıblar.

Bizim komandaya gəlincə, təəssüf ki, 3-4 real qol şansımız olsa da, bunu bacarmadıq. Bütün hallarda uşaqlar əzmkar oyun göstərdi və futbolçulardan razı qaldığımı deyə bilərəm”.

Həmin kateqoriyadan