Ayxan Abbasov: Sadə epizodda cavab topunu buraxdıq

Premyer liqanın 20-ci turunda “Zirə” – “Səbail” qarşılaşmasından sonra mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, ev sahibi komandanın baş məşqçisi Ayxan Abbasov 1:1 başa çatan oyun haqda bunu deyib:

“Bu oyuna çox köklənmişdik. Qol epizodlarımız çox olsa da, istifadə edə bilmədik. Sadə epizodda cavab topunu buraxdıq. Qarşıda fasilə var. Bundan maksimum yararlanmağa çalışacağıq”.

Həmin kateqoriyadan