Ayxan Abbasov: Yeni transferlərimiz hələ tam hazır deyil

Boluda təlim-məşq toplanışında olan “Zirə” bu gün Qətərin “Əl-Xaritiyah” klubu ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Ayxan Abbasov 1:1 bitən matç barədə bunu söyləyib:

“Məqsədimiz o idi ki, futbolçularımız 90 dəqiqə meydanda hərəkətdə olsunlar. İstədiyimizi gördük, çoxlu qol epizodları yaratdıq. Səhvlərimiz oldu. Bu da futbolçularımızın yorğunluğundan irəli gəlir. Amma ümumilikdə hər şey normal keçdi.

Bu qarşılaşmada gənc futbolçulara da şans verdik. Yeni transferlərimizi də son 15 dəqiqədə meydana buraxdıq. Onlar hələ tam hazır deyil, vaxt lazımdır. Komandamız üçün yaxşı oyun oldu. Növbəti qarşılaşmalarda bu oyundakı səhvləri buraxmamağa çalışacağıq”.

Həmin kateqoriyadan