Ayxan Mamayev WKF premyer liqasında 1-ci yer tutub

Karate millimizin öncüllərindən olan Ayxan Mamayev (84 kq) Almaniyanın Leypsiq şəhərində keçirilən premyer liqanın qalibi olub. Allsport.az saytı xəbər verir ki, o, WKF üzrə 1-ci dərəcəli yarışda 7 görüş keçirib.

Həlledici qarşılaşma təmsilçimiz Azərbaycan əsilli rusiyalı idmançı Aleksandr Əliyev üzərində 6:0 hesablı qələbə qazanıb. Bu yarışda 87 ölkədən 1384 idmançı mübarizə aparıb.

Ayxan Mamayev bu uğurla dünya əmsalında 2-ci mövqeyini daha möhkəmləndirib.

Həmin kateqoriyadan