Azərbaycan alpinistləri İranda Xezar zirvəsinə qalxıblar

Azərbaycan Alpinizm Federasiyasının üzvləri İranın Alpinizm və Qayayadırmanma Federasiyasının 70 illiyinə həsr olunan tədbirlərdə iştirak ediblər.

Allsport.az xəbər verir ki, 250 idmançının iştirak etdiyi yubiley alpiniadasında 7 təmsilçimiz İranın Kerman rayonunun ərazisindəki Xezar zirvəsinə (4501 metr) qalxıblar.

Proqram çərçivəsində Kermanda yerləşən üç zirvədən birinə qalxmaq təklif olunub. Azərbaycan alpinistləri ən yüksək zirvə olan Xezarı seçiblər.