Azərbaycan nümayəndə heyəti Türkiyə prezidentinin oğlu Bilal Ərdoğanla bir arada

Antalyada milli idman növlərinin dünyada inkisafı istiqamətində seminar kecirilib. Allsport.az saytının məlumatına görə, toplantıda AMİNA-nin prezidenti Xanlar Qurbanov və 3-qat Avropa cempionu, 2-qat dünya kubokunun sahibi, 4-cü İslam oyunlarının gümüs medalcısı Tural Əliyev iştirak ediblər.

Qeyd edək ki, Dünya Etnospor Fedarasiyasının prezidenti Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın oqlu Bilal Ərdoğandır. Tədbirdə ölkəmizin bu sahədə fəaliyyəti təqdir olunub, Azərbaycanın idman diyarı sayılması bir daha qeyd edilib.