LAYİHƏ
Azərbaycan voleybolu müstəqillik dönəmində – tənəzzüldən inkişafa

XX əs­rin son onil­li­yin­də dün­ya­mız apa­rı­cı qüv­və­si­nin – ic­ti­mai-si­ya­si pro­ses­lə­rin qlo­bal də­yi­şik­lik­lər döv­rü­nə qə­dəm qoy­du. Ha­di­sə­lər pla­ne­ti iki qüt­bə, iki cəb­hə­yə böl­müş məm­lə­kət­dən bi­rin­də – SSRİ-də, döv­lə­tin qu­ru­cu­la­rın­dan Vla­di­mir Le­ni­nin tə­bi­rin­cə de­sək, “mil­lət­lər həbs­xa­na­sı”nda baş ve­rir­di. Be­lə­cə, pro­ses­dən kə­nar qal­ma­yan Azər­bay­can bir əsr­də ikin­ci də­fə müs­tə­qil­li­yi­nə qo­vuş­du.
İn­ki­şa­fın xü­su­siy­yət­lə­rin­dən ən va­cib­lə­ri pe­şə­kar­lıq və key­fiy­yət­dir­sə, de­mok­ra­tik tə­si­sat­lar on­dan da va­cib­dir. Həm də nə qə­dər yük­sək sta­tus­la apa­rı­cı rol­da ol­sa da, id­man döv­lə­tin si­ya­sə­ti­nin ana xət­ti­nin yal­nız bir qa­na­dı­dır və əsas məq­sə­di əha­li­nin sağ­lam­lı­ğı­dır. De­mək, gənc, hə­lə for­ma­laş­maq­da olan döv­lət­də id­ma­nın bü­tün sa­hə­lə­ri­nin tə­şək­kül ta­pıb in­ki­şaf et­mə­si­nin, təş­ki­lat­lan­ma­sı­nın və yük­səl­mə­si­nin me­ya­rı ola bi­lə­cək is­ti­qa­mət də ol­ma­lı­dır. Ən va­ci­bi ümum­bə­şə­ri də­yər­lə­rin mü­əy­yən edi­lib mil­li sta­tus al­ma­sı və ge­niş­lən­di­ril­mə­si­dir.

İosif Kiblitski və Şamil Şamxalov kimi dünya səviyyəli mütəxəssislər, İnna Rıskal və Vera Lantrova kimi dünyaca məşhur titullu voleybolçulardan sonra çox az sayda nikbin azarkeş tapılardı ki, respublikada bu idman növü növbəti intibah dövrünü yaşasın. Amma bu baş verdi. Təəssüf ki, SSRİ çökən ərəfədə.
1987-ci ildə Faiq Qarayevin baş məşqçilik etdiyi BMKZ (keçmiş «Neftçi») 1-ci liqasından yüksək dəstəyə vəsiqə qazandı, 1989/90-cı mövsümdə bürünc mükafata yiyələndi, 1991-il ildə son SSRİ kuboku bizim oldu. Sözsüz ki, ittifaqın dağılması dərhal öz fəsadını göstərə bilməzdi. Bu üzdən, bir müddət köhnə relslərin üzərində yerimək mümkün oldu: komandamız 1993-cü ildə CEV kuboklar kubokunda 2-ci yer tutdu. Bir il sonra qadın millimiz adı çəkilən mütəxəssislə Braziliyada keçirilən dünya çempionatında 9-cu yerə çıxdı. Bu, müstəqilliyinə yeni qovuşan Azərbaycan üçün böyük nəticə idi. O zaman voleybolda hissələr 15-ə qədər idi, libero yox idi. «B» qrupunda Peruya (3:0) qalib gələn qızlarımız, Kuba (0:3) və Niderland (1:3) komandalarına yenilib, 1/8 finalda Almaniya yığmasına 1:3 uduzub. Yetərincə maliyyə dəstəyi və çox sayda təlim-məşq toplanışı, çempionatımız olsaydı, həmin dünya çempionatında daha yüksək sıraları tuta bilərdik. Maraqlıdır ki, həmin nəticə indiyədək ən yüksək sayılır. 2006-cı ildə 13-cü, 2014-cü ildə 15-ci olub.

Üstəlik, sözü gedən dönəmdə «qızıl heyət»imiz vardı. Çox təəssüf ki, DÇ-1994-ün tam iştirakçılarının adlarına nə elektron KİV-də, nə də AVF-in arxivində rast gəlmək olur. İnternetdə bu barədə qətiyyən məlumat yoxdur. Allsport.az xeyli araşdırmadan sonra, tam heyəti əldə edə bilib: Liliya Sergeyeva, 2. Yelena Arifova (hər ikisi – «Neftyağ»; Bakı ), 3. Alla Həsənova («Əmlak bankı»; Türkiyə), 4. Viktoriya Ravva («Vəqfbank»; Türkiyə), 5. Yelena Şabovta, 6. Gülşən Kərimova, 7. Tatyana Fyodorova, 8. Mariya Çarenko, 9. Alla Teterina, 10. Oksana Barinova, 11. Viktoriya Stepanişşeva, 12. Svetlana Seleznyova ((k) hamısı – «Neftyağ»), 13. Marina Kuzmina («Yaşılyurd»; Türkiyə), 14. Dinarə Heydərova, 15. Mariya Volçkova (hər ikisi – «Neftyağ»). O dönəmdə Yelena Lisaxmara, Elmira Mixayılova, Nisə Quliyeva, Validə Qəniyeva və Svetlana Bondarenko da millidə yer alıblar.

90-cı illərin ortalarından başlayaraq voleybolumuz tənəzzülə uğramağa başladı. Buna səbəb, lazımi maliyyənin ayrılmaması idi. Çətinlik üzündən aparıcı mütəxəssislərimiz ölkə xaricinə üz tutdular. Faiq Qarayevin uzaqgörən siyasət işlədib, özündən sonra komanda üzvlərini Türkiyəyə apardı, orda klublara düzəltdi. 1989-1993-cü illərdə BMKZ-in üzvü olan, 17 yaşında ikən növbəti 2 mövsümü Ankara «Vəqfbank»ında keçirən Gürcüstan əsilli istedadlı voleybolçu Viktoriya Ravva, 1995-ci ildən bizdə çıxış etmədi. O, Fransanın «Kann» klubuna keçdi, 2002-ci ildə bu ölkənin vətəndaşlığını aldı və qitə miqyasında böyük uğurlara yetişdi, dünyaca məşhurlaşdı.

Azərbaycanda isə bu idman qara günlərini yaşamaqdaydı. İş o yerə çatdı ki, komandalarımız Avropa Voleybol Konfederasiyasının qərarına əsasən, rəsmi beynəlxalq yarışlarda iştirak etməkdən məhrum edildilər. Bunun bir izahı vardı: mötəbər yarışlarda iştirak etməyə maliyyə ayrılmırdı.
Hə­yat bir­rəng­li, bir­ça­lar­lı de­yil. Onun öz qa­nu­na­uy­ğun­luq­la­rı var. 2003-cü il Azər­bay­can id­ma­nı ən bö­yük hi­ma­yə­da­rı, da­im ata­lıq qay­ğı­sı­na gü­vən­di­yi li­de­ri­ni – Hey­dər Əli­ye­vi itir­di. An­caq qəlb­lə­ri ovu­dan hiss­lər də var idi. 1997-ci il­dən id­ma­nı­mı­zın işığına çev­ri­lib onu sı­naq­lar içə­ri­sin­dən çı­xa­ran, yük­sək­lə­rə qalx­ma­sı­na öncüllük edən, id­man qu­rum­la­rı­mı­zın bir­li­yi­ni ya­rat­maq­la on­la­rı va­hid ko­man­da sə­viy­yə­si­nə çat­dı­ran İl­ham Əli­yev Azər­bay­ca­nı irə­li apa­ra­caq­dı – in­di hə­ya­tın bü­tün sa­hə­lə­rin­də. Bunun məntiqi sonu kimi, qısa müddət sonra voleybolumuza da yeni nəfəs gəldi. Bu idman növü nəqliyyat naziri Ziya Məmmədova tapşırıldı.

2000-ci ildə MOK prezidenti Türkiyədə çalışan, qardaş ölkənin qadın voleybolunu qaldırmış Faiq Qarayevi geri çağırdı. Mütəxəssis özü ilə apardığı səviyyəli oyunçuları da milliyə qaytardı. FİVB və CEV-ə cərimələr ödənildi; 4-illik fasilədən sonra, 2001-ci ildən yığma və klub komandaların yenidən beynəlxalq yarışlarda çıxış etmək hüqunu bərpa olundu. Elə həmin mövsüm Alla Həsənovalı və Yelena Şabovtalı «Azərrəyl» Top-komandada mükəmməl çıxış edərək, məğlub olmadan kuboka sahib çıxdı. 2003/04 illərdə «dəmiryolçular» tarixində 1-ci dəfə çempionlar liqasının «Dördlər finalı»na yüksəldi; sonrakı dövrdə «Rabitə» 2 dəfə (2010/11; 2012/13) bu yarışın gümüş mükafatçısı olub, klublararası dünya çempionatının qalibi (2011) və gümüş medallarını qazanıb (2013).
2010/11-ci mövsümdə «Lokomotiv» Çağırış kubokunun finalında «Azərreyl»ə uduzub, növbəi rəqabətdə həlledici görüşdə «Bakı»nı yenərək yarışı udub (2011/12). Qitədə əmsalımızın artması səbəbindən, ölkəmiz son illərdə çempionlar liqasının qrup mərhələsində 3 klubla təmsil olunmaq hüququna yiyələnib.

Avropa çempionatlarına gəlincə, Faiq Qarayevli Azərbaycan yığması ən yaxşı nəticəsini 2005-ci ildə qazanıb – fəxri kürsünün bir addımlığında dayanıb. O vaxtdan bəri komandamız 2 ildən bir keçirilən bütün Avropa çempionatlarını finallarında iştirak edib, müvafiq olaraq, 2 dəfə 12-ci, 9-cu, 15-ci və 14-cü olub. Bu ilki qitənin ən güclülərinin yarışı Azərbaycan və Gürcüstanda keçiriləcək.
2006-cı ildə millimiz dünya qran-prisində 10-cu yeri tutub. 2015-ci ildə Bakıda keçirilən ilk Avropa oyunlarında qızlarımız son anda bürünc medalı əldən verdi. Cari mövsüm Avropa liqasında qalib olan yığmamız, Bakı-2017 İslam oyunlarını da qazanıb, kişilərimiz bu yarışda 2-ci pilləyə çıxıb.
Son dövrdə böhran səbəbindən klub voleybolu tənəzzülə uğrayıb. Uzun ildən sonra qadın komandalarımız ilk dəfə olaraq çempionlar liqasında iştirakdan imtina edərək, Çağırış kubokunda mübarizə aparacaq.
Ötən il AVF-də nəqliyyat naziri Ziya Məmmədovu «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov əvəzləyib. Federasiya vəziyyətdən çıxış yolunu arayır.

Kamran HACI

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

 

 

 

 

 

Həmin kateqoriyadan