“Azərbaycanda yüksək səviyyəli biatlonçularun yetişdirilməsi üçün işlər görülür”

Azərbaycanın gənclər və idman nazirinin müavini, MDB ölkələrinin Bədən Tərbiyəsi və İdman Şurasının sədri İsmayıl İsmayılov Minskdə gənclər və yeniyetmələr arasında biatlon üzrə dünya çempionatında bildirib ki, turnir yüksək səviyyədə təşkil olunub. Allsport.az xəbər verir ki, “Raubiçi” idman kompleksi xarici komandaların toplanışlarının və beynəlxalq yarışların keçirilməsi üçün cəlbedici məkandır.

İsmayıl İsmayılov BELTA-ya müsahibəsində deyib: “Raubiçi” idman kompleksi yenidənqurmadan sonra çox cəlbedicidir. Bilirəm ki, burada çoxlu yüksək səviyyəli avadanlıq quraşdırılıb. Qurğu ən müasir beynəlxalq standartların bütün tələblərinə cavab verir. Azərbaycanda idmana çox böyük diqqət yetirilir, yüksək səviyyəli biatlonçular yetişdirilməsi üçün işlər görülür. Belarus idmançılarını 2015-ci ilin iyununda Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında görməyə şad olarıq”.