Azər Məhərrəmov ETU-nun baş assambleyasına qatılacaq

18-19 fevralda Romada Avropa Triatlon Şurasının baş assambleyası keçiriləcək. Allsport.az saytı xəbər verir ki, toplantıda ATF-in prezidenti Azər Məhərrəmov və baş katib Cavad Axundzadə iştirak edəcəklər.

Tədbir çərçivəsində ETU-nun idarə heyətinin üzvləri müəyyən olunacaq. Azər Məhərrəmov qurumun komissiya üzvüdür. Həmin komissiya marketinq, KİV ilə əlaqə, kommunikasiya, ümumilikdə triatlonun inkişafı istiqamətləri üzrə fəaliyyət göstərir.

Həmin kateqoriyadan