Azərbaycan – Almaniya: 6-5

Ölkəmizin polo millisi Bakıda Binə Atçılıq Mərkəzində keçirilən Avropa çempionatının finalında almaniyalı həmkarlarını 6:5 hesabı ilə məğlub edərək, qplib adını qazanıb. Allsport.az saytı xəbər verir ki, əvvəlcə Azərbaycan atlarının paradı olub. At belində meydana daxil olan milli geyimli çaparlar Azərbaycan bayrağını arenaya gətiriblər. Tgdbirdə çıxış edən ARAF-ın prezidenti Elçin Quliyev, ölkəmizdə ilk dəfə keçirilən arena polo üzrə Avropa çempionatının iştirakçılarını salamlayıb. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin idman qüdrətinin möhkəmlənməsinə, o cümlədən atçılıq idmanının inkişafına, Qarabağ və “Dilboz” milli at cinslərinin bərpasına və əvvəlki şöhrətinin qaytarılmasına diqqət və qayğı göstərir.

Turnir ölkəmizdə atçılıq idmanının və polonun inkişafı baxımından xüsusilə önəmli və əlamətdardır. Azərbaycanda ilk dəfə keçirilən bu yüksək səviyyəli turnirin iştirakçıları və qonaqları ölkəmizin mədəniyyəti, qədim dövrlərdə atüstü oyunların yarandığı və inkişaf etdiyi “Odlar Yurdu”nun atçılıq ənənələri ilə tanış olublar. Polonun qədim növü olan çövkənin və Qarabağ atçılıq oyununun ölkəmizdə yarandığını vurğulayan federasiya prezidenti, evdəki qələbənin idman tarixinə daha bir şanlı səhifəsi yazdığını deyib.

Çempionatın final görüşündə Elçin Camallı, Tərlan Qurbanəliyev və Silvester Qarrosdan ibarət Azərbaycan millisi yarışın birincisi olmaq uğrunda Almaniya yığması ilə qarşılaşıb. Qarşılıqlı hücumlar və gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Azərbaycan poloçuları rəqibləri üzərində 6:5 hesabı ilə qələbə qazanaraq, Avropa çempionu olublar. Ümumilikdə, millimiz keçirdiyi 6 oyunun hamısını qələbə ilə başa vuraraq böyük uğur göstərib.

Azərbaycan seçməsinin üzvü Silvester Qarros isə yarışın ən məhsuldar oyunçusu seçilib. Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Komandalara mükafatlar və kuboklar təqdim olunub. Avropa çempionlarına – Azərbaycan yığma komandasının üzvlərinə qızıl medalları və əsas kuboku ARAF-ın prezidenti Elçin Quliyev təqdim edib. Mərasim möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Həmin kateqoriyadan