Azərbaycan – Almaniya matçının biletləri satışa çıxarılıb

Dünya Kubokuun seçmə qrup mərhələsində martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyununun biletləri fevralın 1-dən satışa çıxarılıb. Allsport.az saytı xəbər verir ki, biletləri “28 Mall” Ticarət Mərkəzi, “Bakcell” Müştəri Xidmətləri Mərkəzi (metronun Sahil stansiyasının yaxınlığı), Tofiq Bəhramov adına Respublika stadionunun kassaları və “Park Bulvar” Ticarət Mərkəzindən əldə etmək mümkündür.

Kateqoriyalardan asılı olaraq biletlərin qiyməti 2, 5, 9, 14 və 19 manat təşkil edir. VIP biletləri isə 50 manata əldə etmək olar. Azərbaycan – Almaniya oyunu martın 26-da saat 20:00-da start götürəcək.

Həmin kateqoriyadan