Azərbaycan – Almaniya oyununun biletləri satışa çıxarılıb

Azərbaycan millisinin Dünya Kuboku-2018-in seçmə qrup mərhələsində keçirəcəyi növbəti oyunun biletləri satışa çıxarılıb. Allsport.az saytı xəbər verir ki, martın 26-da Almaniya ilə matçın biletləri bu gündən birbaşa (onlayn) satışdadır.

Bundestimlə görüşü izləmək istəyənlərə 7 dərəcəli biletlər təklif olunur. VİP sektora giriş 50 manata olacaq. Bundan başqa, 2, 5, 9, 14, 19 və 20 manatlıq biletlər də satışa çıxarılıb. Kassalarda satışa isə fevralın 1-dən start veriləcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan–Almaniya oyunu saat 20:00-da başlayacaq.

Həmin kateqoriyadan