Azərbaycan Avropada 39-cu oldu

AÇ-2016-nın seçmə mərhələsinin qrup oyunları başa çatdı. Allsport.az xəbər verir ki, Azərbaycan yığması seçmə mərhələni 10 oyuna topladığı 6 xalla yekun vurub.

Oxşar uğura imza atan komandalar arasında Farer adaları və Yunanıstan da var.

Azərbaycan bu nəticə ilə seçmə mərhələyə qatılan komandalar arasında 39-cu olub. Yığmamız Farer adaları, Qazaxıstan, Latviya, Lixtenşteyn, Lüksemburq, Makedoniya, Serbiya, Ermənistan, Malta, Moldova, San-Marino, Andorra və Cəbəllütariq kimi komandaları qabaqlamağa nail olub.

Həmin kateqoriyadan